Mojo.az Banner
00:58 Novruz tonqalının partlaması nəticəsində xəsarət alan 11 nəfərin VƏZİYYƏTİ (Video)  |     22:06 Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş  |     21:21 İkinci əl avtomobil alarkən nələrə diqqət etmək lazımdır? - Video  |     20:41 Sumqayıt sakininin evi yanaraq kül oldu  |     20:27 Cəlilabadda 49 yaşlı kişini avtomobil vuraraq öldürüb  |     19:53 Qaxda hamam otağında yıxılan kişi öldü  |     19:40 Goranboyda kişi tanışını döyüb - Cinayət işi başlanıldı  |     19:20 Bir ayda ikinci dəfə dəm qazından zəhərləndi  |     19:19 İsrailin daha bir F16 qırıcısı vuruldu  |     19:01 Hidayət Heydərov ölkəyə bürünc medalla qayıdacaq  |     19:01 İran İraqa təbii qaz ixracını yenidən bərpa etdi  |     18:23 Bayram günü telefon dükanına girib OĞURLUQ etdi - ANBAAN VİDEO  |     18:07 İsrailin müdafiə naziri: "Yaxın günlərdə İrandakı hədəflərə zərbələrin miqyası artırılacaq"  |     17:25 "Şamaxinka"da sürücülər üçün YENİLİK: Xüsusi zolaq LƏĞV EDİLDİ - Video  |     17:22 SÜRÜCÜLƏRİN DİQQƏTİNƏ: Martın 23-dən Bakıda 42 ünvanda hərəkət qismən məhdudlaşdırılacaq - SİYAHI  |     17:20 TDT liderlərinin növbəti görüşü Türküstanda keçiriləcək  |     14:53 "Qarabağ"ın legionerləri Polşa və Monteneqro millilərinə dəvət aldılar  |     14:48 Ötən gün bölgələrə 14 minə yaxın sərnişin daşınıb  |     14:45 Bakıda müəllim bayram günü əri tərəfindən qətlə yetirildi  |     14:42 Sabah 16 dərəcə isti olacaq  |    
Left Banner
Right Banner

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin İqtisadiyyat nazirini qəbul edib - YENİLƏNİB

12.11.2019 19:59 2 067
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin İqtisadiyyat nazirini qəbul edib - YENİLƏNİB
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Birləşmiş Ərəb Əmirliklərinin İqtisadiyyat naziri Sultan bin Səid əl-Mansurinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Median.Az
xəbər verir ki, nümayəndə heyətinin üzvlərini salamlayan Prezident İlham Əliyev deyib:

- Xoş gəlmisiniz. Sizi yenidən görməyə şadam.

Sultan bin Səid əl-Mansuri deyib:

- Mən burada olmaqdan çox məmnunam. Burada özümüzü evimizdəki kimi hiss edirik.

Prezident İlham Əliyev: Doğrudur. Ümidvaram ki, səfəriniz çox yaxşı, çox uğurlu və səmərəli keçəcək. Sabah Birgə Hökumətlərarası Komissiyanın iclası keçiriləcək. Ümidvaram ki, o, çox uğurlu olacaq, çünki fəaliyyətimizin əhatə dairəsi artır.

Sultan bin Səid əl-Mansuri: Tamamilə doğrudur.

Prezident İlham Əliyev: Əlaqələr olduqca müsbət məcrada inkişaf edir. Siyasi əlaqələr çox güclüdür. Bizim aramızda çox yaxşı qarşılıqlı anlaşma və qarşılıqlı dəstək var. Mən, həmçinin sizin Qoşulmama Hərəkatının Zirvə Görüşündə iştirak edən Xarici İşlər nazirinizi görməyə çox şad oldum. Bu mühüm tədbirə verdiyiniz töhfəyə görə sizə təşəkkür edirəm. Bildiyiniz kimi, hazırda Azərbaycan bu mühüm təşkilata sədrlik edir. Biz üç il ərzində buna məsuliyyət daşıyacağıq. Biz sözsüz ki, dost ölkələrimizi dəstəkləyəcəyik. Bizim beynəlxalq təşkilatlarda çox yaxşı qarşılıqlı dəstəyimiz var, biz hər zaman bir-birimizi dəstəkləyirik. Ticarət dövriyyəmizdə yaxşı nəticələr var. Əlbəttə ki, turizm artır, indi hər iki istiqamətdə.

Sultan bin Səid əl-Mansuri: Bəli, çox əla.

Prezident İlham Əliyev: Ölkəmizə səfər edən Birləşmiş Ərəb Əmirlikləri vətəndaşlarının sayı artır və əlbəttə ki, Azərbaycan vətəndaşları sizin gözəl ölkənizə səfər etməkdən çox məmnundurlar. Əminəm ki, komissiya çərçivəsində siz əməkdaşlığın yeni sahələrini müəyyənləşdirəcəksiniz, ənənəvi sahələrdə əməkdaşlığı intensivləşdirmək üçün addımlar atacaqsınız və biz gələcəkdə dostluğumuzu gücləndirəcəyik.

Sultan bin Səid əl-Mansuri: Cənab Prezident, bizi qəbul etdiyinizə görə təşəkkür edirik. Mən bilirəm ki, Siz Birləşmiş Ərəb Əmirliklərinin ən böyük dostlarından birisiniz. Mən Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Əlahəzrət Şeyx Xəlifə bin Zayed Al Nəhyanın və qardaşınız Şeyx Məhəmməd bin Rəşid Al Məktumun salamlarını çatdırmaq istəyirəm. Cənab Prezident, bildiyiniz kimi, Azərbaycan bizim qəlbimizdə xüsusi yer tutur. Biz görüşəndə dərhal bunu hiss edirik. Bu gün mən hava limanından şəhərə otelə gələndə ətrafı seyr etdim. Azərbaycanda möhtəşəm dəyişikliklər baş verib. Zati-aliləri, ikinci məsələ ondan ibarətdir ki, biz Birləşmiş Ərəb Əmirlikləri və Azərbaycan arasında iqtisadi əlaqələrə çox sadiqik.

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Əlahəzrət Şeyx Xəlifə bin Zayed Al Nəhyanın və Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və Baş Naziri, Dubay Əmiri Şeyx Məhəmməd bin Rəşid Al Məktumun salamlarına görə təşəkkürünü bildirib, onun da salamlarını Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinə və ölkənin vitse-prezidenti və Baş Nazirinə çatdırmağı xahiş edib.

Görüşdə ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişaf dinamikasının önəmi vurğulandı, sərmayə qoyuluşu, nəqliyyat və digər sahələrdə əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər müzakirə edilib, sabah Bakıda keçiriləcək Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın növbəti iclasının bu əməkdaşlığın daha da genişləndirilməsi işinə töhfə verəcəyinə əminlik ifadə olunub.

**

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Birləşmiş Ərəb Əmirliklərinin İqtisadiyyat naziri Sultan bin Səid əl-Mansurinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Median.Az
-ın xəbərinə görə, bu barədə Azərbaycan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

скачать dle 11.3
Mojo.az Banner