İlham Əliyev ikinci dəfə Paşinyana tərs şillə vurdu - ŞƏRH » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:13 “Bu, Ukraynanın sonu deməkdir” - Zaxarova  |     21:45 Bakıda COP29-un bağlanış plenar sessiyası keçirilir  |     21:35 Bələdiyyə sədrinin şirkəti yanğın təhlükəsizliyini pozub  |     21:27 Taliban səfiri və baş konsulu geri çağırdı, Almaniya hökuməti qərarı tanımadı  |     21:19 Qəza törətdi, "100-150 qram içmişəm" dedi - Həbs olundu  |     21:11 Kələmin qiyməti artacaq (AÇIQLAMA)  |     21:04 Müğənninin tələbə olan yeganə qızı gecə klubunda öldü  |     20:58 Gürcüstan prezidenti müxalifətin hərəkətlərindən narazı olduğunu bildirdi  |     20:43 "Uşaq bağçalarında təcrübəli kadrların yerini doldurmaq çətin olacaq" - Ekspert  |     20:36 Türkiyə ilə Rusiyanın XİN başçıları ikitərəfli münasibətləri və regional problemləri müzakirə ediblər  |     20:27 Türkiyə ordusu Suriya və İraqda yeddi terrorçu öldürüb  |     20:20 Azərbaycanda minik avtomobili istehsalı 87 % artıb  |     20:09 Türkiyədə Rusiyanın “UnionPay” kart sisteminə xidmət dayandırılıb  |     20:02 "Formula 1": Las Veqas Qran-prisinin sıralama turunda birinci olan pilot müəyyənləşib  |     19:54 Bu ilin on ayında 31 min nəfərdən çox şəxsə proaktiv qaydada pensiya təyin edilib  |     19:48 Livanda xəstəxanaların 10 %-i fəaliyyətini dayandırıb  |     19:39 Azərbaycanlı deputatlar Rusiyada beynəlxalq konfransa qatılacaqlar  |     19:31 Marsdan olan meteoritdə qədim geotermal qaynaqların izləri aşkar edilib  |     19:26 Aİ və Çin elektromobillərdə rüsumların ləğvi ilə bağlı razılığa yaxındırlar  |     19:18 Kanadada 9 ildə ən böyük qızılca alovlanması qeydə alınıb  |    

İlham Əliyev ikinci dəfə Paşinyana tərs şillə vurdu - ŞƏRH

Prezident İlham Əliyev oktyabrın 11-də Türkmənistanın paytaxtı Aşqabadda MDB Dövlət Başçıları Şurasının iclasında Azərbaycan xalqının İkinci Dünya Müharibəsində iştirakından söz açıb.

Azərbaycan dövlət başçısı daha sonra Ermənistanda nasistlərin davamçısı Qaregin Njdenin qəhrəmanlaşdırılmasını pisləyib.

Ölkə başçısı qeyd edib ki, MDB liderləri dəfələrlə nasistlərin qəhrəmanlaşdırılmasına qarşı çıxıblar.

“Ermənistanın keçmiş hakimiyyəti Yerevanın mərkəzində alman faşistlərinə xidmət edən Qaregin Njde ləqəbli faşist cəllad və satqın Qaregin Ter-Arutyunyana abidə ucaldıb. Təəssüf ki, Ermənistanın yeni hakimiyyəti bu abidəni sökməyib. Hesab edirəm ki, MDB məkanında faşizmin qəhrəmanlaşdırılmasına yer yoxdur”, - deyə Prezident İ.Əliyev bildirib.

Milli Məclisin tarixçi deputatı, professor Musa Qasımlı Prezidentin çıxışını şərh edib.

Median.Az-ın Baku.ws-ə istinadən məlumatına görə, M.Qasımlı Oxu.Az-a açıqlamasında deyib ki, Prezidentin MDB Dövlət Başçılarının Aşqabad Sammitindəki nitqi böyük əhəmiyyət daşıyır.

“Hər şeydən əvvəl cənab Prezident İkinci Dünya Müharibəsində faşizm üzərində qələbə qazanılmasında Azərbaycan xalqının müstəsna rol oynadığını bildirdi. Xüsusi vurğuladı ki, bu rol Azərbaycan xalqının əməyi, təbii sərvətləri, intellektual səviyyəsi, xalqımızın ön və arxa cəbhədə, partizan, anti-faşist hərəkatında qəhrəmanlıqları ilə bağlıdır”, - deyə M.Qasımlı əlavə edib.

Deputat deyib ki, Azərbaycanın dövlət başçısı Ermənistan Baş nazirinin oturduğu bir masada nasistlərlə əməkdaşlıq etmiş, keçmiş SSRİ xalqlarına, xüsusən rus xalqına nifrət edən Qaregin Njdeyə abidə qoyulduğunu söyləyib.

“Cənab Prezident MDB dövlət başçılarına söylədi ki, əslində, Ermənistanda nasizmin dövlət səviyyəsində təbliğatı gedir. Çünki nasizmə dair hər hansı abidənin qoyulması təbliğat vasitələrindən biridir”.

M.Qasımlının fikrincə, Yerevanda Qaregin Njdeyə abidə qoyulması bir daha onu göstərir ki, Ermənistanda terrorizm, nasistlərlə əməkdaşlıq etmiş şəxslərin təbliği dövlət siyasətinə çevrilib.

“Erməni faşizmi nasizmdən daha qəddardır. Müasir dövrdə nasizm tərəfdarlarının qəhrəmanlaşdırılması qətiyyən yolverilməzdir. Hesab edirəm ki, son bir neçə gündə cənab Prezident İlham Əliyev Ermənistanın Baş naziri Nikol Paşinyana ikinci dəfə tərs bir şillə vurdu. Ölkə başçımız Ermənistanın siyasətinin mahiyyətini açdı”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 370 11.10.19 20:57