İlham Əliyev başsağlığı verdi » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:25 Sabah Biləcəri qəsəbəsinin bir küçəsində qaz olmayacaq  |     20:20 Türkiyədə universitetə silahlı hücum olub, ölənlər və yaralananlar var  |     20:13 "Beşiktaş" kapitanı ilə müqavilə müddətini uzadıb  |     20:08 Həndbol üzrə Azərbaycan çempionatında iki oyun baş tutub  |     20:01 Sumqayıt sakini dəm qazından boğulub  |     19:55 Misirdə binanın uçması nəticəsində 10 nəfər ölüb  |     19:49 Ronaldinyo futbol tarixinin ən yaxşı oyunçusunun adını açıqlayıb  |     19:43 Bakıda silsilə oğurluq edən şəxslər saxlanılıb  |     19:39 “Torqovıy”da turistlərə satılan QIZLAR-Sutenyor şəbəkəsini ifşa edən VİDEO  |     19:30 Sabah Bakıda yağış yağacaq, külək güclənəcək  |     19:24 Azərbaycanda 2 bağlanmış bankın əmlakları hərraca çıxarılır  |     19:17 İspaniyalı fiqurlu konkisürən altı il müddətinə diskvalifikasiya edilib  |     19:11 Avropa liderləri Ukraynada qoşun yerləşdirilməsinin mümkünlüyünü müzakirə edəcəklər  |     19:04 ABŞ 100-dən çox hindistanlı miqrantı vətəninə deportasiya edib  |     18:56 Azərbaycan yanvarda genişzolaqlı internetin orta sürətinə görə irəliləyib  |     18:55 Avstraliya əcnəbilərə ölkədə əmlak almağı qadağan edəcək  |     18:55 Sadə bir təbəssüm ağrı və stressi aradan qaldıra bilər  |     18:54 Rusiya daha bir amerikalını azad edib  |     18:53 Alimlər Günəş sistemindən kənarda su tapıblar  |     18:52 ABŞ-də yağan güclü yağışlar nəticəsində azı 9 nəfər ölüb  |    

İlham Əliyev başsağlığı verdi

Prezident İlham Əliyev Fransanın dövlət başçısı Emmanuel Makrona məktub ünvanlayıb.

Median.Az
-ın məlumatına görə, mətndə deyilir:

"Hörmətli cənab Prezident,

Fransa Respublikasının keçmiş Prezidenti, görkəmli dövlət xadimi Jak Şirakın vəfatı xəbəri məni olduqca kədərləndirdi.

Azərbaycan ilə Fransa arasında ikitərəfli münasibətlərin inkişafında və möhkəmləndirilməsində Jak Şirakın böyük xidmətləri olmuşdur.

Prezident Heydər Əliyevi Prezident Jak Şirak ilə möhkəm dostluq münasibətləri bağlayırdı. Onların görüşləri, aparılmış müzakirələr ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişaf xəttini müəyyən etmişdir. Prezidentlərin birgə səyləri sayəsində Azərbaycan ilə Fransa arasında dostluq və əməkdaşlıq münasibətləri böyük inkişaf yolu keçmişdir.

Prezident Jak Şirakla çoxsaylı görüşlərimi ən xoş təəssüratlarla xatırlayıram. Bu görüşlər Azərbaycan-Fransa əlaqələrinin hərtərəfli inkişafına mühüm təkan vermişdir.

Azərbaycan-Fransa münasibətlərinin inkişafında xüsusi xidmətlərinə görə Jak Şirak ölkəmizin ən yüksək ordeni olan "Heydər Əliyev” ordeni ilə təltif olunmuş və bu orden mənim tərəfimdən Jak Şiraka təqdim edilmişdi.

Bu ağır itkinin kədərini bölüşür, şəxsən öz adımdan və Azərbaycan xalqı adından Sizə, bütün Fransa xalqına, mərhumun ailəsinə dərin hüznlə başsağlığı verirəm".скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 444 26.09.19 19:47