Median.Az xəbər verir ki, Binəqədi RPİ 5-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində rayon ərazisindəki lombarddan 200 manat pul oğurlayan Şəmkir rayon sakini, əvvəllər məhkum olunmuş S.Pənahov saxlanılıb.
Bundan başqa, Binəqədi RPİ 6-cı polis bölməsinin əməkdaşları tərəfindən rayon ərazisindəki evdən pul və mobil telefon oğurlayan Daşkəsən rayon sakini, əvvəllər məhkum olunmuş S.Mansurov saxlanılıb.
Faktlarla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işləri başlanılıb.