Median.Az xəbər verir ki, Ağdam RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində evlərin birindən 140 manat pul oğurlayan Tərtər rayon sakini R.Səfərov saxlanılıb.
Cinayətdə iştirak etmiş daha 1 nəfərin şəxsiyyəti müəyyənləşdirilib.
Araşdırma zamanı, onların avqustun 16-da daha bir evdən 3000 manat, 100 funt sterlinq, qızıl-zinət əşyaları və mobil telefon oğurlamaları
məlum olub.
RPŞ İstintaq bölməsində CM-nin 177.2.1-ci (oğurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.