Median.Az xəbər verir ki, Səbail RPİ 39-cu polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Bakı şəhər sakini E.Quliyevi bıçaqla hədələyib quldurluq yolu ilə pulunu ələ keçirən Cəlilabad rayon sakini V.Şahmarov və Gəncə şəhər sakini N.Abbasov saxlanılıblar.
Səbail RPİ İstintaq şöbəsində CM-nin 181.2.1-ci (quldurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.