Qaradağ rayonunda bıçaqlanma hadisəsi baş verib.
Median.Az oxu.az-a istinadən xəbər verir ki, Qobustan qəsəbəsində 1992-ci il təvəllüdlü Əhmədov Nihad Fariz oğlu tanıdığı şəxslə mübahisə edib.
Nəticədə o, bir neçə bıçaq xəsarəti alıb.
Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Təcili olaraq cərrahi əməliyyat edilən N.Əhmədov Reanimasiya şöbəsinə yerləşdirilib.
Vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır.