Median.Az xəbər verir ki, Qaradağ RPİ 10-cu polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 9- və 16-da paytaxt sakinləri A.Əliyevə və A.Məmmədova məxsus velosipedləri oğurlayan Bakı şəhər sakini F.Vəliyev saxlanılıb.
Bundan başqa, Xəzər RPİ 1-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 18-dən iyulun 8-dək olan müddətdə rayon sakinlərinə məxsus 3 velosipedi oğurlayan Bakı şəhər sakini N.Əliyev saxlanılıb.
Faktlarla bağlı araşdırmalar aparılır.