Median.Az xəbər verir ki, iyulun 17-i saat 23 radələrində Stansiya Mingəçevir-Bəhrəmtəpə yolunun Bərdə rayonunun Mirzəbəyli kəndi ərazisindən keçən hissəsində, naməlum sürücü idarə etdiyi “Howo” markalı avtomaşınla yolun kənarında dayanmış Qaraməmmədli kənd sakini R.Quliyevi vurub, hadisə yerindən qaçıb.
Baş Dövlət Yol Polisi İdarəsi Yol Patrul Xidməti Alayının əməkdaşları tərəfindən qeyd edilən avtomaşın Otuzikilər kəndinin ərazisində saxlanılıb.
Araşdırma zamanı, sürücünün Bərdə rayon sakini İ.Nəsibov olması, habelə onun sərxoş halda və sürücülük hüququ olmadan maşını idarə etməsi məlum olub.
DİN Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.