Median.Az xəbər verir ki, Yasamal RPİ 29-cu polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, iyulun 18-də Sumqayıt şəhər sakini R.Nəsibovaya zor tətbiq edib, içərisində 65 ədəd qol saatı və 10 ədəd ətir olan çantasını soyğunçuluq yolu ilə ələ keçirən Beyləqan rayon sakini, əvvəllər məhkum olunmuş S.Salahov saxlanılıb.
Yasamal RPİ İstintaq şöbəsində CM-nin 180.1-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanılıb.