Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini Dostəli Abuzərovun (1979-сu il təv.) CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Median.Az xəbər verir ki, ötən il sentyabrın 16-da Suraxanı rayonun "Zeytun bağları" adlanan ərazisində Dostəli Abuzərov qonşusu Sərsəng Qədirovu (1977-ci il təv.) bıçaqlayaraq, qəsdən öldürüb. Hadisə yerindən qaçan D.Abuzərov Suraxanı RPİ-nin əməkdaşları tərəfindən saxlanılıb və istintaqa təqdim edilib.
Məlum olub ki, Yeni Suraxanı qəsəbəsində yaşayan Dostəli Abuzərov 2006-cı ilin may ayında Salyan rayon sakini Qüdrət Malıyevi ov tüfəngindən açdığı atəşlə qətlə yetirib və meyitini həyətində gizlətib. Ağır Cinayətlərə dair işlər üzrə məhkəmənin hökmü ilə o, 11 il müddətinə azadlıqdan məhrum olunub və 2017-ci ildə azadlığa çıxıb.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 19 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.