Median.Az xəbər verir ki, Goranboy RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Xoylu kənd sakini E.Hüseynovun evindən 4 kq. 450 qram marixuana, həyətyanı sahəsindən isə kultivasiya yolu ilə yetişdirilmiş 24 ədəd çətənə kolu aşkar edilib.
Bundan başqa, Cəlilabad RPŞ-nin əməkdaşları keçirdikləri əməliyyat tədbiri nəticəsində Göytəpə şəhər sakini, əvvəllər məhkum olunmuş Ə.Zülfüqarovun həyətyanı sahəsindən 24 ədəd çətənə kolu, evindən 2 kq. 132 qram marixuana, həşiş, çətənə tumları, heroin, elektron tərəzi və bir ədəd marxiuana hazırlayan xüsusi aparat aşkar edilib.
Faktlarla bağlı CM-nin 234.4.3-cü (qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitələri külli miqdarda əldə etmə və saxlama) maddəsi ilə cinayət
işləri başllanılıb.