Median.Az xəbər verir ki, Nizami RPİ 24-cü polis şöbəsi və DİN Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxt sakini R.Nuriyev saxlanılıb.
Araşdırma zamanı məlum olub ki, o iyulun 10-u gecə saat 1 radələrində Bakı şəhər sakini T.Tanrıverdiyevi bıçaqla hədələyərək, pul verməsini tələb edib. Lakin istədiyinə nail olmadıqda, ona əlindən bıçaqla xəsarət yetirib hadisə yerindən qaçıb.
Nizami RPİ İstintaq şöbəsində CM-nin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanılıb.