Median.Az xəbər verir ki, İsmayıllı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Göytəpə kənd sakini R.Mirzəliyevdən 325 qram marixuana, habelə kəndin ərazisində ona məxsus torpaq sahəsindən isə kultivasiya yolu ilə yetişdirdiyi, çəkisi 21 kq-a yaxın 30 ədəd çətənə kolu aşkar edilib.
RPŞ İstintaq bölməsində cinayət işi başlanılıb.