Median.Az xəbər verir ki, Qaradağ RPİ 10-cu polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 8-də rayon ərazisindəki evdən qızıl-zinət əşyaları oğurlayan paytaxt sakini Ş.Şəbiyeva və Ağdaş rayon sakini X.Abdullayeva saxlanılıblar.
Qaradağ RPİ İstintaq şöbəsində CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb.