Goranboyda bir uşaq anası qayınatası tərəfindən bıçaqlanaraq qətlə yetirilib.
Median.Az-ın report-a istinadən məlumatına görə, hadisəni törədən 1943-cü il təvəllüdlü Qasım İlyas oğlu İsgəndərov polis əməkdaşları tərəfindən saxlanılıb. O, ifadəsində hadisəni qısqanclıq zəminində törətdiyini bildirib.
Qeyd edək ki, S.Məmmədovanın bir qız uşağı var.
Faktla bağlı Goranboy Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
***
Goranboyda qətl hadisəsi baş verib.
Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə günorta saatlarında qeydə alınıb.
Belə ki, qayınata gəlinini bıçaqlayaraq öldürüb. Qətlin təfərrüatı hələlik tam məlum olmasa da, hadisənin qısqanclıq zəminində baş verdiyi deyilir.