Median.Az xəbər verir ki, Binəqədi RPİ 6-cı polis bölməsinə müraciət edən Abşeron rayon sakini H.Məmmədov, iyunun 23-ü saat 4 radələrində Biləcəri qəsəbəsində naməlum şəxsin onu bıçaqla hədələyib 150 manat pulunu və mobil telefonunu aldığını bildirib.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Sabirabad rayon sakini E.Zayidov saxlanılıb.
Binəqədi RPİ İstintaq şöbəsində CM-nin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanılıb.