Median.Az xəbər verir ki, iyulun 5-i saat 19 radələrində ticarət mərkəzlərinin birindəki mağazadan açıq talama yolu ilə 138 manat dəyərində geyim əşyalarının aparılması barədə Nəsimi RPİ 22-ci polis şöbəsinə müraciət daxil olub.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə Sumqayıt şəhər sakini R.Əliyev saxlanılıb.
Faktla bağlı CM-nin 180-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanılıb.