Median.Az xəbər verir ki, DİN “102-Zəng Mərkəzi” xidmətinə müraciət edən Bakı şəhər sakini A.İsmayılov bu il yanvarın 25-də paytaxt sakini L.Əliyeva tərəfindən aldadılıb 43000 dollar pulunun alındığını bildirib.
Səbail RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində L.Əliyeva saxlanılıb. İlkin araşdırma zamanı, onun bu ilin mart ayında Bakı şəhər sakini olan qadından aldatma yolu ilə 4000 manat pulunun alması məlum olub.
Səbail RPİ İstintaq şöbəsində CM-nin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanılıb.