Median.Az xəbər verir ki, Şəmkir RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 19-da rayon ərazisindəki evdən 1300 manat oğurlayan Qapanlı kənd sakini, əvvəllər məhkum olunmuş İ.Məhərrəmov saxlanılıb.
Bundan başqa, RPŞ-nin əməkdaşları tərəfindən iyunun 10-da rayon ərazisindəki evdən 200 manat və 5000 rubl oğurlayan Seyfəli kənd sakini G.Cahangiri saxlanılıb.
Faktlarla bağlı araşdırmalar aparılır.