Gəncədəki yaralanma hadisəsinin detalları bəlli olub.
Median.Az oxu.az-a istinadən xəbər verir ki, yaralanan şəxs 1983-cü il təvəllüdlü polis baş leytenantı Hüseynov Vüqar Ələsgər oğludur.
O, silahla ehtiyatsız davranması nəticəsində özünə xəsarət yetirib.
Dərhal xəstəxanaya çatdırılan zərəçəkmiş təcili əməliyyat edilib, hazırda yaralının vəziyyəti orta ağır qiymətləndirilir.
18:07
Gəncədə güllələnmə hadisəsi olub.
Hadisə nəticəsində bir nəfər yaralanıb.
O, Mərkəzi Kliniki Xəstəxanaya yerləşdirilib. Həmin şəxsin Əhməd Cəmil küçəsində yaşadığı bildirilir.
Təfərrüatlar barədə hələ məlumat verilmir.
/oxu.az/