Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini Sənan Seyidovun CM-nin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Median.Az xəbər verir ki, ittihama görə, bu il fevralın 26-da Binə qəsəbəsində yerləşən bazarda Sənan Seyidov keçmiş həyat yoldaşı Rəna İsayevaya bıçaqla zərbələr endirib. Nəticədə ağır yaralanan zərərçəkmiş 3 saylı şəhər klinik xəstəxanasına yerləşdirilib və həyatı xilas edilib. Seyidov Xəzər RPİ 2-ci polis şöbəsinin əməkdaşları tərfəindən saxlanılıb, barəsində rayon prokurorluğunda cinayət işi başlanılıb.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 7 il 10 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.