Median.Az xəbər verir ki, Hacıqabul RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 16-da rayon ərazisindəki evdən 25650 manat və 9800 manat dəyərində qızıl-zinət əşyaları oğurlayan digər şəxs, şəhər sakini, əvvəllər məhkum olunmuş İ.Abbasov saxlanılıb
.
Şəxsi axtarış zamanı ondan heroin götürülüb.Xatırladaq ki, ayın 16-da polis əməkdaşları tərəfindən ilkin olaraq ev sahibəsinin bacısı G.Mənsimova saxlanılıb.
RPŞ İstintaq bölməsində CM-nin 177-ci (oğurluq) maddəsi ilə istintaq davam edir.