Median.Az xəbər verir ki, Ağcabədi RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Avşar kənd sakini, əvvəllər məhkum olunmuş V.Baxşəliyevin evindən 6 kq. 807 qram marixuana aşkar edilib.
RPŞ İstintaq bölməsində CM-nin 234.4.3-cü (qanunsuz olaraq narkotikləri külli miqdarda satış məqsədi ilə əldə etmə və saxlama) maddəsi ilə
cinayət işi başlanılıb.