Median.Az xəbər verir ki, Şəmkir RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Aşağı Çaykənd kəndi ərazisində, Daşkəsən rayon sakini A.Qasımovun yardımçı təsərrüfatından nömrəsi silinmiş tapança və 48 ədəd müxtəlif çaplı patron aşkar edilib.
RPŞ İstintaq bölməsində faktla bağlı cinayət işi başlanılıb.