Median.Az xəbər verir ki, iyunun 29-u gecə saat 3 radələrində Malbinəsi kəndi ərazisindən şəhər sakini, əvvəllər məhkum olunmuş Nicat Hüseynovun kəsilmiş-deşilmiş xəsarətlə Rayon Mərkəzi Xəstəxanasına gətirilməsi və orada ölməsi barədə Yevlax RPŞ-nə məlumat daxil olub.
Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti münaqişə zəminində törədən, mərhumun qohumu, kənd sakini M.Hüseynov saxlanılıb.
Yevlax rayon prokurorluğunda CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.