Median.Az xəbər verir ki, Suraxanı RPİ 31-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 29-da paytaxt sakini İ.Səfixanlını bıçaqla hədələyib 50 manat pulunu quldurluq yolu ilə ələ keçirən Bakı şəhər sakinləri Ə.Babayev və O.Şahmərdanov saxlanılıblar.
Suraxanı RPİ İstintaq şöbəsində CM-nin 181.2.1-ci (quldurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.