Median.Az xəbər verir ki, Nəsimi RPİ 19-cu polis şöbəsinin əməkdaşları tərəfindən iyunun 23-də paytaxt sakini S.İsmayılovaya zor tətbiq edib, içərisində 35 manat və mobil telefon olan pulqabısını soyğunçuluq yolu ilə ələ keçirən Mingəçevir şəhər sakini, əvvəllər məhkum olunmuş X.Mahmudov saxlanılıb.
Bundan başqa, 19-cu polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 29-da Bakı şəhər sakini M.Nağıyevaya zor tətbiq edib, içərisində pul və mobil telefon olan pulqabısını soyğunçuluq yolu ilə alan Göyçay rayon sakini E.Rəhimov saxlanılıb.
Nəsimi RPİ İstintaq şöbəində CM-nin 180-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanılıb.