Median.Az xəbər verir ki, iyunun 28-də Binəqədi rayonunda naməlum şəxs Bakı şəhər sakini İ.Hüseynova məxsus sexdən, içərisində 120 manat, maqnitofon və mobil telefon olan sellofan torbanı soyğunçuluq yolu ilə götürüb, hadisə yerini tərk edib.
Binəqədi RPİ 6-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş K.Tağıyev saxlanılıb.
Binəqədi RPİ İstintaq şöbəsində CM-nin 180.1-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanılıb.