Median.Az xəbər verir ki, Nizami RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində may ayında Gəncə şəhərində, bir vətəndaşın mobil telefonunu, 2 ədəd kanalizasiya quyularının qapaqlarını və bir evdən məişət əşyaları oğurlayan Gədəbəy rayon sakini R.Həsənov saxlanılıb.
Bundan başqa, Nizami RPİ-nin əməkdaşları tərəfindən ötən il dekabrın 7-də rayon ərazisində “VAZ-21154” markalı avtomobildən maqnitofon və səsgücləndirilər oğurlayan Samux rayon sakini E.Həsənov saxlanılıb.
Faktlarla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işləri başlanılıb.