Dostlar maşında qadını zorlayanda polis gəldi və... - Azərbaycandakı olay SİZİ ŞOKA SALACAQ » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:13 “Bu, Ukraynanın sonu deməkdir” - Zaxarova  |     21:45 Bakıda COP29-un bağlanış plenar sessiyası keçirilir  |     21:35 Bələdiyyə sədrinin şirkəti yanğın təhlükəsizliyini pozub  |     21:27 Taliban səfiri və baş konsulu geri çağırdı, Almaniya hökuməti qərarı tanımadı  |     21:19 Qəza törətdi, "100-150 qram içmişəm" dedi - Həbs olundu  |     21:11 Kələmin qiyməti artacaq (AÇIQLAMA)  |     21:04 Müğənninin tələbə olan yeganə qızı gecə klubunda öldü  |     20:58 Gürcüstan prezidenti müxalifətin hərəkətlərindən narazı olduğunu bildirdi  |     20:43 "Uşaq bağçalarında təcrübəli kadrların yerini doldurmaq çətin olacaq" - Ekspert  |     20:36 Türkiyə ilə Rusiyanın XİN başçıları ikitərəfli münasibətləri və regional problemləri müzakirə ediblər  |     20:27 Türkiyə ordusu Suriya və İraqda yeddi terrorçu öldürüb  |     20:20 Azərbaycanda minik avtomobili istehsalı 87 % artıb  |     20:09 Türkiyədə Rusiyanın “UnionPay” kart sisteminə xidmət dayandırılıb  |     20:02 "Formula 1": Las Veqas Qran-prisinin sıralama turunda birinci olan pilot müəyyənləşib  |     19:54 Bu ilin on ayında 31 min nəfərdən çox şəxsə proaktiv qaydada pensiya təyin edilib  |     19:48 Livanda xəstəxanaların 10 %-i fəaliyyətini dayandırıb  |     19:39 Azərbaycanlı deputatlar Rusiyada beynəlxalq konfransa qatılacaqlar  |     19:31 Marsdan olan meteoritdə qədim geotermal qaynaqların izləri aşkar edilib  |     19:26 Aİ və Çin elektromobillərdə rüsumların ləğvi ilə bağlı razılığa yaxındırlar  |     19:18 Kanadada 9 ildə ən böyük qızılca alovlanması qeydə alınıb  |    

Dostlar maşında qadını zorlayanda polis gəldi və... - Azərbaycandakı olay SİZİ ŞOKA SALACAQ

Azərbaycanda seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirli bilinən Şamaxı şəhər sakini, 1983-cü il təvəllüdlü Rasim Təhməzov və Qobustan rayon sakini, 1991-ci il təvəllüdlü Əhməd Qəribovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Median.Az
Publika.az-a istinadən xəbər verir ki, Rasim Təhməzov 25 iyul 2018-ci il tarixdə Əhməd Qəribov, Əjdər Abdullayev, Faiq Şıxəliyev və sonuncunun vasitəsilə həmin gün tanış olduğu Şamaxı rayonu, 2-ci Çaylı kənd sakini Cəmilə Qəmbərova (cinayət işində adı keçən şəxslərin ad və soyadları şərti verilib - red.) ilə birlikdə İsmayıllı rayonu ərazisində yerləşən yeməkxanaya gəliblər.

Şam yeməyindən sonra intim plan

Onlar orada şam yeməyindən sonra Cəmilə Qəmbərovaya qarşı zor tətbiq etməklə cinsi əlaqədə olmaq məqsədilə Əhməd Qəribov ilə qabaqcadan əlbir olublar.

Hər iki şəxs bu cinayətkar niyyətlərini həyata keçirməkdən ötrü Rasim Təhməzov idarə etdiyi "VAZ-21011" markalı avtomobillə Cəmiləni yaşadığı Şamaxı rayonu 2-ci Çaylı kəndinə aparıblar.

Gecə yarısı intim əlaqə təklifi

Gecə yarı saat 02 radələrində Rasim avtomobili kəndarası yolda, kəndin giriş hissəsindən 700 metr məsafədə saxlayıb və Cəmilənin onlarla cinsi əlaqəyə girməyəcəyi halda gecə vaxtı avtomobildən düşürəcəyini bildirib.

Buna baxmayaraq Cəmilə onların intim əlaqədə olmaq barədə təkliflərini rədd edib. Bu səbəbdən Cəmilə avtomobildən düşüb, piyada yaşadığı kəndin içərisinə doğru yollanıb.

Həmin vaxt Rasim qadının arxasınca gedib, zorla onu avtomobilə doğru gətirib. Orada cinsi əlaqədə olmaq istəyiblər.

Polisə şikayət

Bu zaman Faiq Şıxəliyev Rasimin bu hərəkətlərinin qarşısını almaq üçün mübahisə edib, Əjdər Abdullayev və Əhməd Qəribov onların mübahisə etməsinə imkan verməyib.

Bu ərəfədə Cəmilə mobil telefon vasitəsilə Daxili İşlər Nazirliyinin "102" məlumat mərkəzinə zəng edib, şikayət etdiyini hiss edən Əjdər Abdullayev və Faiq Şıxəliyev oradan qaçıblar.

Bu zaman Rasim və Əhməd Cəmilənin qollarından tutaraq zor tətbiq etməklə, onu avtomobilin arxa oturacağına uzandırıblar. Sonra Əhməd Cəmilənin əllərindən tutaraq saxlayıb, Rasim isə arxası üstə avtomobilin oturacağına uzanıqlı vəziyyətdə olan Cəmiləni döyüb, əynində olan şalvarı soyundurub.

Cinsi əlaqədə olmaq istədi, polislər imkan vermədi

Həmin vaxt Rasim Cəmilə ilə cinsi əlaqədə olmaq istəyən vaxtı Cəmilənin daha öncədən Daxili İşlər Nazirliyinin "102" məlumat mərkəzinə etmiş olduğu şikayəti əsasında Şamaxı rayon polis şöbəsinin əməliyyat qrupunun üzvlərinin xidməti avtomobillə hadisə yerinə yaxınlaşmaları ilə əlaqədar niyyətini başa çatdıra bilməyib.

Cinayət işi açıldı

İstintaq orqanı tərəfindən Rasim Təhməzov və Əhməd Qəribovun barəsində Cinayət Məcəlləsinin 29, 149.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən zorlama törədilkidə) maddəsilə ittiham elan edilib.

Təqsirləndirilən şəxs qismində ifadə verən Rasim Təhməzov iddia edib ki, onlar Cəmilə ilə cinsi əlaqədə olmaq istəməyiblər. Qeyd edib ki, sərxoşluğun təsiri altında avtomobildə olan zaman Əhmədlə Cəmilə mübahisə edib, bu mübahisədən sonra Cəmilə polisə şikayət edib.

"İntim əlaqədə olmağı təklif etmədim"

Digər təqsirləndirilən Əhməd Qəribov da ifadəsində Cəmilə ilə mübahisə etdiyini, onların arasında dava olduğunu etiraf edib. O, Cəmilə ilə mübahisə edən zaman sərxoş olduğunu söyləyib. Əhməd Qəribob qeyd edib ki, Cəmiləyə intim əlaqədə olmağı təklif etməyib, bu səbəbdən ona qarşı zorakılıq göstərməyib.

Zərərçəkmiş Cəmilə isə ifadəsində hər iki təqsirləndirilən şəxsin zorakılığı ilə üzləşdiyini etiraf edib. Kafedə ofisiant işlədiyini deyən Cəmilə həmin vaxtdan Faiqlə tanış olub.

"Mənimlə zorla cinsi əlaqədə olmaq istədilər"

Cəmilə deyib ki, onlarla hadisə baş verən günü kafedə yeyib-içiblər. Sonra evə qayıdanda Əhməd ona intim əlaqədə olmağı təklif edib. Bu səbəbdən aralarında mübahisə yarandığını deyən Cəmilə polisə şikayət etdiyi bildirib.

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslərin hər biri 6 il müddətinə azadlıqdan məhrum ediliblər.

Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti veriblər. Onlar günühasız olduqlarını və barələrində bəraət hökmünün çıxarılmasını istəyiblər.

Hər iki təqsirləndirilən şəxsin şikayəti araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Elman Əhmədovun sədrliyi ilə baş tutan iclasda apelyasiya şikayətinin dəlilləri araşdırılıb.

Hakim heyəti hər iki təqsirləndirilən şəxsin şikayətini qismən təmin edib. Onların cəzaları 6 ildən 5 ilə endirilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 347 29.06.19 19:34