Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini Məhərrəm Kazımovun CM-nin 29,120.2.7-ci (iki və daha çox şəxsi qəsdən adam öldürməyə cəhd) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Median.Az xəbər verir ki, ötən il noyabrın 13-də Sabunçu qəsəbəsi ərazisindən Zəngilan rayon sakini İlham Paşayev və Bakı şəhər sakini Mahir İsmayılov bıçaq xəsarətləri ilə
3 saylı şəhər klinik xəstəxanasına çatdırılıblar. Həkimlərin səyi nəticəsində onların həyatları xilas olunub.
Araşdırmaya başlayan Sabunçu RPİ 12-ci polis şöbəsinin əməkdaşları müəyyən ediblər ki, zərərçəkmişləri münaqişə zəmnində əvvəllər məhkum olunmuş Məhərrəm Kazımov bıçaqlayıb. Həmçinin məlum olub ki, İlham Paşayev və Mahir İsmayılov da əvvəllər məhkum olunublar.
M.Kazımov saxlanılıb və istintaqa tədim edilib.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 15 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.