Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini Tufan Qurbanovun (1970-ci il təv.) CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi keçiriləcək.
Median.Az xəbər verir ki, bu il fevralın 11-də Binəqədi rayonunda yaşayan Tufan Qurbanov ailə münaqişəsi zəminində həyat yoldaşı Lalə Qurbanovanı (1979-cu il təv.) çoxsaylı bıçaq zərbələri ilə qəsdən öldürüb. Daxil olan məlumat əsasında hadisə yerinə Binəqədi RPİ və rayon prokurorluğunun əməkdaşları cəlb olunub, ekspertin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib.
Şübhəli şəxs Binəqədi RPİ 4-cü polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb və törətdiyi əməli etiraf edib.
Yaxın günlərdə hazırlıq iclasının tarixi açıqlanacaq.