Median.Az xəbər verir ki, Sumqayıt ŞPİ 4-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisindəki aptekdə vətəndaş S.Balayevanın, içərisində 400 manat pul olan çantasını soyğunçuluq yolu ilə ələ keçirən Sumqayıt sakini, əvvəllər məhkum olunmuş A.Cavadov saxlanılıb.
Araşdırma zamanı onun, şəhərdəki ticarət mərkəzində vətəndaş B.Nəhmədovanın, içərisində 370 manat olan pulqabısını və Ceyranbatan qəsəbəsində, vətəndaş X.Mürsəlovanın mobil telefonunu çantasından oğurlaması məlum olub.
Sumqayıt ŞPİ İstintaq şöbəsində CM-nin 177.2.2-ci (oğurluq, təkrar törədildikdə) və 180.1-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanılıb.