Median.Az xəbər verir ki, DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Lənkəran rayonun Veravul kənd sakini E.Şahbazova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 67 ədəd çətənə kolu, yaşadığı evdən isə 290 qram marixuana aşkar edilib.
Bundan başqa, İmişli RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Şəki şəhər sakini O.Məmmədovdan 1 kq. 645 qram marixuana götürülüb.
Faktlarla bağlı cinayət işləri başlanılıb.