Median.Az xəbər verir ki, Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən dələduzluq etməkdə şübhəli bilinən şəhər sakini H.Ağayev saxlanılıb.
Aparılmış araşdırma zamanı saxlanılan şəxsin 2017-ci ilin noyabrından 2018-ci ilin noyabr ayınadək olan müddətdə 12 vətəndaşı, viza düzəltmək adı ilə aldadıb, onlardan ümumilikdə
56913 manat pul alması müəyyən edilib.
Sumqayıt ŞPİ İstintaq şöbəsində CM-nin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanılıb.