Median.Az xəbər verir ki, iyunun 18-i səhər saat 4 radələrində Zirə qəsəbəsində yaşayan S.Süleymanovanın evinə girən maskalı şəxsin onun baş və sinə nahiyəsinə bıçaqla xəsarət yetirib, oradan 600 manat pul aparması barədə Xəzər RPİ 1-ci polis şöbəsinə məlumat daxil olub.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Ağsu rayon sakini H.Hümbətov saxlanılıb.
Xəzər RPİ İstintaq şöbəsində CM-nin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanılıb.