Median.Az xəbər verir ki, Xətai RPİ 35-ci, 36-cı polis bölmələri və 37-ci polis şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində 5 evdən pul və qızıl-zinət əşyaları oğurlayan Bakı və Qazax şəhər sakinləri olan 3 yeniyetmə saxlanılıb.
Xətai RPİ İstintaq şöbəsində CM-nin 177.2.2-ci (oğurluq, təkrar törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.