Median.Az xəbər verir ki, iyunun 24-də Təbriz küçəsində naməlum şəxs Bakı şəhər sakini N.Bərxudarlının, içərisində 240 manatı olan çantasını açıq talama yolu ilə ələ keçirib və hadisə yerindən qaçıb.
DİN Təhlükəsiz Şəhər Xidməti, Nərimanov RPİ 18-ci polis şöbəsi və Sabunçu RPİ 13-cü polis bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində Abşeron rayon sakini T.Mürsəlov saxlanılıb.
Nərimanov RPİ İstintaq şöbəsində CM-nin 180-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanılıb.