Median.Az xəbər verir ki, Sumqayıt ŞPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 16-da şəhər ərazisindəki evlərin birindən mobil telefon oğurlayan şəhər sakini, əvvəllər məhkum olunmuş E.Hüseynzadə saxlanılıb.
Araşdırma zamanı, onun bu ilin mart-may ayları ərzində daha 6 evdən qızıl əşyalar oğurlaması müəyyən edilib.
Sumqayıt ŞPİ İstintaq şöbəsində CM-nin 177.2.2-ci (oğurluq, təkrar törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.