Median.Az xəbər verir ki, ötən gün Suraxanı rayonun Hövsan qəsəbəsindən döş qəfəsinin kəsilmiş-deşilmiş yarası ilə Kliniki Tibbi Mərkəzə Bakı şəhər sakini İlqar İmanverdiyev (1986-cı il təv.) daxil olub. Tibbi yardımlar nəticəsində onun həyatı xilas edilib. Aidiyyatı üzrə məlumat Suraxanı RPİ 30-cu polis şöbəsinə verilib.
Anoloji hadisə Nərimanov rayonunda baş verib. Kliniki Tibbi Mərkəzə bıçaq xəsarəti ilə Bakı şəhər sakini Sərxan Verdiyev (1983-cü il təv.) gətirilib və əməliiyat olunub.
Məlumat Nərimanov RPİ-nə verilib.
Faktlarla bağlı araşdırmalar aparılır, əməliyyat-axtarış tədbirləri həyata keçirilir