Bakı Ağır Cinayətlər Məhkəməsində Sumqayıt şəhər sakini Şamil Axundovun CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəanvarıysi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Median.Az xəbər verir ki, bu il yanvarın 10-da Sumqayıt ŞPİ-nin əməkdaşları Birləşmiş məhəllədə (7-8-12 məhəllə) yerləşən mənzildə yaşayan Leyla Axundovanın (1991-ci il təv.) meyiti yataq otağında aşkar edilib. Məlum olub ki, qadın əri Şamil Axundov tərəfindən qısqanclıq zəminində
qətlə yetirilib.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Ş.Axundov saxlanılıb.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 9 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.