Median.Az xəbər verir ki, DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi və Lerik RPŞ-nin əməkdaşları tərəfindən Orand kəndi ərazisində yabanı halda bitmiş, çəkisi 5,7 ton olan 11790 ədəd çətənə kolu aşkar edilib.
Bundan başqa, Qəbələ RPŞ-nin əməkdaşları tərəfindən Nic qəsəbəsi ərazisində yabanı halda bitmiş, çəkisi 2,3 ton olan 5700 ədəd, Zərdab RPŞ-nin əməkdaşları tərəfindən Bıçaqçı kəndi ərazisində yabanı halda bitmiş çəkisi 1,1 ton a yaxın 1167 ədəd, Xocalı RPŞ–nin əməkdaşları tərəfindən Goranboy rayonunun Mənəşli kəndi ərazisində yabanı halda bitmiş çəkisi 1,3 tona yaxın 3793 ədəd çətənə kolu aşkar edilib.
Narkotik tərkibli bitkilər yığılaraq, məhv edilib.