Median.Az xəbər verir ki, iyunun 22-də Mahmalar kəndində yaşayan Nəcəfəli Xəlilov (1953-cü il təv.) münaqişə zamanı arvadı Şahnaz Xəlilovanı (1960-cı il təv.) boğaraq, qəsdən öldürüb.
Daxil olan məlumat əsasında Balakən RPŞ-nin əməkdaşları tərəfindən cinayəti törədən şəxs saxlanılıb.
Balakən rayon prokurorluğunda CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.