Median.Az xəbər verir ki, Masallı RPŞ-nin əməkdaşları tərəfindən iyunun 7-də rayon ərazisindəki evlərin birindən 100 manat və 7000 manat dəyərində qızıl-zinət əşyaları oğurlayan Yevlax rayon sakini, əvvəllər məhkum olunmuş İ.Mahmudov saxlanılıb.
RPŞ İstintaq bölməsində CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb.