Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini Zaur Rzayevin (1974-cü il təv.) CM-nin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə hazırlıq iclası keçirilib.
Median.Az xəbər verir ki, bu il yanvarın 8-də Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində yerləşən "Stil" gözəllik salonunda ağır cinayət törədilib. Nərimanov rayonunda yaşayan Aynur Rzayeva (1978-ci il təv.) keçmiş həyat yoldaşı Zaur Rzayev tərəfindən bıçaqlanıb. Ağır xəsarətlər alan qadın Kliniki Tibbi Mərkəzə yerləşdirilib və həyatı xilas edilib.
Binəqədi RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayəti törədən Z. Rzayev saxlanılıb.
Hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
İş üzrə baxışı iyunun 28-ə təyin edilib.