Azərbaycanda evə basqın edib qadını qrup şəklində zorladılar » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:13 “Bu, Ukraynanın sonu deməkdir” - Zaxarova  |     21:45 Bakıda COP29-un bağlanış plenar sessiyası keçirilir  |     21:35 Bələdiyyə sədrinin şirkəti yanğın təhlükəsizliyini pozub  |     21:27 Taliban səfiri və baş konsulu geri çağırdı, Almaniya hökuməti qərarı tanımadı  |     21:19 Qəza törətdi, "100-150 qram içmişəm" dedi - Həbs olundu  |     21:11 Kələmin qiyməti artacaq (AÇIQLAMA)  |     21:04 Müğənninin tələbə olan yeganə qızı gecə klubunda öldü  |     20:58 Gürcüstan prezidenti müxalifətin hərəkətlərindən narazı olduğunu bildirdi  |     20:43 "Uşaq bağçalarında təcrübəli kadrların yerini doldurmaq çətin olacaq" - Ekspert  |     20:36 Türkiyə ilə Rusiyanın XİN başçıları ikitərəfli münasibətləri və regional problemləri müzakirə ediblər  |     20:27 Türkiyə ordusu Suriya və İraqda yeddi terrorçu öldürüb  |     20:20 Azərbaycanda minik avtomobili istehsalı 87 % artıb  |     20:09 Türkiyədə Rusiyanın “UnionPay” kart sisteminə xidmət dayandırılıb  |     20:02 "Formula 1": Las Veqas Qran-prisinin sıralama turunda birinci olan pilot müəyyənləşib  |     19:54 Bu ilin on ayında 31 min nəfərdən çox şəxsə proaktiv qaydada pensiya təyin edilib  |     19:48 Livanda xəstəxanaların 10 %-i fəaliyyətini dayandırıb  |     19:39 Azərbaycanlı deputatlar Rusiyada beynəlxalq konfransa qatılacaqlar  |     19:31 Marsdan olan meteoritdə qədim geotermal qaynaqların izləri aşkar edilib  |     19:26 Aİ və Çin elektromobillərdə rüsumların ləğvi ilə bağlı razılığa yaxındırlar  |     19:18 Kanadada 9 ildə ən böyük qızılca alovlanması qeydə alınıb  |    

Azərbaycanda evə basqın edib qadını qrup şəklində zorladılar

İmişli rayonunda yaşlı qadının evinə basqın edərək quldurluq etmiş və həmin qadını zorlamaqda təqsirlənidirilərək məhkum edilmiş qrup üzvlərindən biri Ali Məhkəməyə müraciət edib.

Median.Az
“news24.az”a istinadən xəbər verir ki, Ali Məhkəməyə müraciət edən İmişli rayon sakini Xalid Mehdi oğlu İbrahimov üzərindəki 149.2.1-ci, yəni zorlama-qrup şəklində törədildikdə maddəsinin götürülməsini xahiş edib.

O, qeyd edilən maddə üzrə cinayət törətmədiyini və işə yenidən baxılmasını xahiş edib.

İş Ali Məhkəmənin hakimi Gülzar Rzayevanın icraatına verilib.

Qeyd edək ki, hadisə 2017-ci ilin iyulunda İmişli şəhərində baş verib. 3 nəfər şəxslər kimsəsiz, yaşlı qadının evinə daxil olaraq onu zorlayıblar və evdən oğurluq ediblər.

Belə ki, İyulun 28-də İmişli şəhəri, Şıxlinski küçəsindəki evdə tək yaşayan, ailə həyatı qurmayan yaşlı qadının evinə daxil olan 3 nəfər maskalı şəxs qadının əl-qolunu bağlayaraq onu zorlayıblar.

Evə daxil olan şəxslər mənzildən 1000 manat pul və qızılı-zinət əşyaları oğurlayaraq qaçıblar.

Hadisə ilə bağlı cinayət işi açılıb. Bir qədər əvvəl həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində İmişli rayon sakinləri — 1990-cı il təvəllüdlü İbrahimov Xalid Mehdi oğlu, 1992-ci il təvəllüdlü Cəfərov Asim Şakir oğlu və 1980-ci il təvəllüdlü Fərzəliyev Eyvaz Nadir oğlu polis tərəfindən saxlanılıb.

Keçirilmiş məhkəmə tibbi ekspertizanın nəticələrinə əsasən, yaşlı qadının həmin şəxslər tərəfindən zorlandığı təsdiqini tapıb. Saxlanılan şəxslər ilkin ifadələrində qadını zorladıqlarını etiraf ediblər.

Onlar Cinayət Məcəlləsinin 149 (zorlama), 150 (seksual xarakterli zorakılıq hərəkətləri) və 181-ci (quldurluq) maddələri ilə təqsirli biliniblər.

İstintaq dövründə X.ibrahimov və A.Cəfərov saxlanma yerində qollarını kəsərək intihara cəhd ediblər.

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            4 424 21.06.19 14:38