Median.Az xəbər verir ki, Cəlilabad RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Kürdlər kənd sakini, əvvəllər məhkum olunmuş M.Məmmədovun idarə etdiyi “VAZ-2106” markalı avtomobilə baxış zamanı 3 kq. 150 qram heroin aşkar edilib.
RPŞ İstintaq bölməsində CM-nin 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri satış məqsədi ilə külli miqdarda əldə etmə və saxlama) maddəsi ilə cinayət işi başlanılıb.