Median.Az xəbər verir ki, Sabunçu RPİ 13-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 18-də Bakıxanov qəsəbəsindəki evlərin birindən 12.000 manat oğurlayan Abşeron rayon sakini N.Cəfərli saxlanılıb.
Sabunçu RPİ İstintaq şöbəsində CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb.