Median.Az xəbər verir ki, Binəqədi RPİ 6-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 29-da Bakı şəhər sakini İ.İsmayılovanın çantasından 750 manat dəyərində qızıl bilərzik və mobil telefon oğurlayan Bakı şəhər sakini E.Səfərov saxlanılıb.
Binəqədi RPİ İstintaq şöbəsində CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb.